İyun ayında futbol üzrə Rusiya millisi ilə Kamerun yığması arasında yoldaşlıq matçı keçirilməsi planlaşdırılırdı. Lakin sözügedən qarşılaşma baş tutmayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "СЭ" məlumat yayıb.
Xəbərə görə, Kamerun tərəfi Rusiyaya qarşı oyuna çıxmaqdan imtina edib. Afrika ölkəsinin rəhbərliyi belə qərar qəbul edib.
Qeyd edək ki, görüşün 15 iun tarixində "Lujniki" stadionunda keçirilməsi nəzərdə tutulmuşdu.
Röya