"Mançester Siti"nin hücumçusu Erlinq Holand İngiltərədə keçirdiyi ilk mövsümü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, AS nəşri norveçli ulduzun dediklərini belə çatdırıb:
“Mövsüm mənim üçün daha yaxşı ola bilərdi. Baxmayaraq ki, debüt mövsümümdə 36 qol vurdum, bir titul qazandıq və indi ikinci finalda oynamalıyıq".
Holand keçən yay "Borussiya Dortmund"dan "Mançester Siti"yə keçib. Onun transfer məbləği 60 milyon avro olub.
Mirağa