"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı təmsilçisində qalmaq istəmir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Məlumata görə, 38 yaşlı futbolçu Asiya ölkəsindəki şəraitdən narazıdır və hazırda "Əl-Nəsr"lə olan müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün danışıq aparır.
FİFA qaydalarına əsasən, portuqaliyalı forvard Ər-Riyad klubunu üzürlü səbəb olmadan tərk etsə, müqaviləsinin qalan 2 ili üçün böyük məbləğdə təzminat ödəməlidir.
Qeyd edək ki, Ronaldu 1 yanvar 2023-cü il tarixindən "Əl-Nəsr"in formasını geyinir. Səudiyyə Ərəbistanı çempionatında 14 oyuna çıxmağa imkan tapan Kriştianu 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat