Ulduz futbolçu Kriştianu Ronaldunun "Əl-Nəsr" klubuna keçidindən sonra Səudiyyə Ərəbistanında futbola maraq xeyli artıb.
Fanat.Az xəbər verir ki, daha bir ərəb klubu Avropadan futbolçu almaq qərarına gəlib.
Söhbət "Əl-Hilal" klubundan gedir.
"Foot Mercato"nun məlumatına görə, ərəblər səs-küy yaradacaq 3 transfer etməyi planlaşdırır.
"Əl-Hilal" "Bayern Münhen"dən hücumçu Sadio Maneni, "Real Madrid"dən yarımmüdafiəçi Eden Hazarı və "Tottenhem"in qapıçısı Uqo Lorisi komandaya cəlb etmək arzusundadırlar.
Röya