"Qəbələ"nin 3 legioneri klubu tərk etmək üzrədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlar müdafiəçi Ruan Renato, yarımmüdafiəçi İsnik Alimi və hücumçu Rafael Utziqdir.
Ruan "Zirə" ilə müqavilə bağlamağa yaxındırsa, İsnik "qırmızı-qaralar"ın əvvəlki maddi şətrlər fonunda təklif etdiyi anlaşmanı imzalamaq niyyətindən uzaqdır. Utziqə gəlincə, adı "Neftçi" ilə yanaşı çəkilən braziliyalının bölgə klubunda oynamaq istəməməsi vurğulanmalıdır.
Növbəti mövsümə "Qəbələ"də başlamaq ehtimalı yüksək olan əcnəbilər də var. İordaniyalı Omar Hani və braziliyalı Felipe Santos belələrindəndir. Ötən yay komandaya qoşulan Santosun 1 yox, 1+1 illik anlaşmaya imza atdığını da diqqətinizə çatdıraq.
Nihat