"Zenit"in keçmiş hücumçusu Halk növbəti dəfə ona qarşı irqçi təhqirlərlə üzləşən "Real"ın hücumçusu Vinisius Junioru dəstəkləyib.
Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu bu barədə sosial şəbəkələrdə video paylaşıb.
“Dünyada irqçilik olmamalıdır. Mən özüm Rusiyada, Portuqaliyada oynayanda bunun qurbanı olmuşam. Ona səbəb olan şəxsləri cəzalandırmaq lazımdır. Mən artıq Vinisiusa yazışmışam və bir daha deyirəm: Başını dik tut! O, bu hekayədən qat-qat güclüdür”
Halk 2012-2016-cı illərdə "Zenit"də çıxış edib.
Mirağa