Bu mövsüm İngiltərə çempionu olan "Mançester Siti" heyətini italiyalı yarımmüdafiəçi ilə gücləndirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Le Parisien" yayıb.
Xəbərə görə, bu, PSJ-nin futbolçusu Marko Verrattidir. Mənbə Paris klubunun İtaliya millisinin üzvünü satmağa hazır olduğunu, lakin futbolçunun özünün yekun qərarını vermədiyini açıqlayıb.
Qeyd edək ki, 30 yaşlı Verratti cari mövsüm Liqa 1-də 27 matça çıxıb.
Nihat