Daha 5 klubdan milli komandamıza dəvət alan futbolçular müəyyənləşib. Fanat.az xəbər verir ki, Berti Foqtsun ABŞ-la oyuna "Qarabağ", "Bakı", "Qəbələ", "İnter" və "Xəzər Lənkəran"dan kimləri dəvət etdiyi məlum olub.
Alman mütəxəssis "Qarabağ"dan 7 futbolçuya dəvət edib. "Bakı" və "İnter"dən 4, "Qəbələ" və "Xəzər Lənkəran"dan 2 futbolçu ABŞ-la oyuna çağırılıb. Dünən isə "Neftçi" yığmaya 5 futbolçusunun çağırıldığını açıqlamışdı. Bununla da bu say 24-ə çatıb.
Qapıçılar: Kamran Ağayev (Qəbələ), Səlahət Ağayev (İnter), Fərhad Vəliyev (Qarabağ), Aqil Məmmədov (Bakı).
Müdafiəçilər: Rəşad Sadıqov, Bədəvi Hüseynov, Maksim Medvedev, Qara Qarayev (hamısı "Qarabağ), Şəhriyar Əlyev (Bakı), Vladimir Levin (Qəbələ), Ruslan Əmircanov (İnter), Elvin Yunuszadə (Neftçi), Rasim Ramaldanov (Xəzər Lənkəran).
Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Mahir Şükürov, Araz Abdullayev (hamısı "Neftçi"), Hacı Əhədov (Qarabağ), Cavid Hüseynov (Bakı), Abdulla Abatsiyev (İnter), Rahid Əmirquliyev (Xəzər Lənkəran).
Hücumçular: Vüqar Nadirov (Qarabağ), Rauf Əliyev (Bakı), Vaqif Cavadov (İnter), Ruslan Qurbanov (Neftçi).
Fanat.az