"Yuventus" hücumçusu Duşan Vlahoviçlə bağlı açıqlama yayıb.
Fanat.Az-ın xəbərinə görə, İtaliya klubu serbiyalı forvardı satmayacaq.
Bu barədə klubun direktoru Françesko Kalvo məlumat verib. DAZN-a danışan klub rəsmisi Duşandan razı olduqlarını və onun bu yay satılmayacağını bildirib.
Qeyd edək ki, 23 yaşlı forvard "Çelsi", "Real Madrid", PSJ və "Arsenal"ın maraq dairəsində idi.
Röya