"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba "Real Madrid"in irqçiliyə məruz qalan forvardı Vinisius Junioru dəstəkləyib.
Fanat.Az xəbər verir ki, o, sosial şəbəkədə braziliyalı həmkarına belə müraciət edib:
"Kim bizi qoruyacaq? Bu, nə brincidir, nə sonuncu. Ancaq biz belə halların təkrarlanmasına heç bir halda, icazə verməməliyik. Razılaşaq ki, irqçiliyə aid misallar çoxdur və indiyə qədər heç nə dəyişməyib.
Bananlar, bizə yönələn aşağılayıcı şüarlar, heyvan səsləri? Bu, psixoloji xəstəlikdir. Məncə, belə insanları nə reklamlar, nə də hansısa lozunqlar dəyişə bilər. Uzun illər ərzində öyrəndiyim budur ki, ürəyi qara olan insana heç nəyin faydası yoxdur. Çıxış yolunu özümüz tapmalıyıq. Səni tam şəkildə dəstəkləyirəm, qardaş".
Qeyd edək ki, Vinisius İspaniya la Liqasının oyununda "Valensiya" azarkeşlərinin irqçi davranışları ilə üzləşib. "Yarasalar"ın fanatları onu meymun adlandıraraq təhqir ediblər.
Nihat