Dortmund "Borussiya"sı Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Maria ilə yaxından maraqlanır.
Fanat.Az xəbər verir ki, məlumatı "All About" yayıb.
Mənbənin məlumatına görə, Almaniya klubunun rəsmiləri Di Mariya ilə əlaqə saxlayıblar. Dekabrda dünya çempionu olan 35 yaşlı futbolçu yayda azad agent olacaq.
Di Mariyanın karyerasını “Yuventus”da davam etdirməsi çox çətindir. O, Turin təmsilçisinin növbəti mövsüm Çempionlar Liqasına düşə bilməyəcəyi ehtimalından razı deyil. Bu baxımdan “Borussiya”da problem yoxdur. "Yuventus" da öz növbəsində hesab edir ki, Di Maria mövsümə 7,5 milyon avrodan çox olan maaşı haqq etmir.
Qeyd edək ki, Avropanın top çempionatlarında çıxış edən Anxel Di Maria "böyüş beşlik"dən təkcə Almaniyada oynamayıb. O, "Real Madrid", "Mançester Yunayted", PSJ və "Yuventus"da top qovub.
Mirağa