Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Telegraaf": "Ayaks"ın hücumçusu Mohammed Kudus klubunu tərk edəcək. Bu barədə futbolçunun meneceri Cennifer Mendeleviç məlumat verib. Mohammed "Ayaks"dan müqaviləni uzatmaq təklifi alsa da, qəbul etməyib. O, yayda Niderland klubundan ayrılacaq.
Qeyd edək ki, 22 yaşlı qanalı yarımmüdafiəçi "Mançester Yunayted"in hədəfindədir.
Rəsmi: "Everton" yarımmüdafiəçisi Abdulla Dukura ilə müqaviləni yeniləyib. 30 yaşlı futbolçu ilə sözləşmə 2024-cü ilin iyun ayına qədər uzadılıb.
Rəsmi: "Verder" "Fortuna"nın hücumçusu David Kovnatskini heyətinə cəlb edib. 26 yaşlı polşalı forvard yeni klubuna azad agent kimi keçəcək. O, "Verder"ə 1 iyul tarixində qoşulacaq.
Röya