"Barselona"nın baş məşqçisi Xavi İspaniya La Liqasında "Valyadolid"dən aldıqları məğlubiyyəti (1:3) şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Hədəfə çatandan sonra belə oyunlara köklənmək çətindir. Məğlubiyyət futbolçuların motivasiyadan düşməsinin nəticəsidir. Buraxdığımız qolların səbəblərini axtarsaq, iki səhv üzündən uduzduq. "Valyadolid" layiqli qələbə qazandı. Qələbə rəqibə daha çox lazım idi. Jordi Masip əla oynadı.
Futbolçuları başa düşürəm. Mövsüm boyu ağır təqvimlə mübarizə aparmışıq. Üstəlik, mövsümün ortasında dünya çempionatı da olub və biz məqsədimizə çatmışıq. Ancaq belə görüşlər də vacibdir. Bu gün özümüzü yaxşı tərəfdən göstərə bilmədik. Sevindirici məqam Levandovskinin qol vurmasıdır.
Ən çətin anlarda əsl komanda kimi birləşə bildiyimiz üçün şadam. Gəlin yenilgini unudaq, biz La Liqanı və İspaniya Superkubokunu qazanmışıq".
Nihat