"Ramil "Buriram Yunayted"lə razılığa gəlibsə, yəqin ki, düşünərək qərar verib".
Bunu Fanat.Az-a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Samir Əliyev deyib.
Hazırda 21 yaşadək futbolçulardan ibarət yığmanı çalışdıran Əliyev "Qarabağ"dan ayrılmaq üzrə olan Ramil Şeydayevin seçimini dəyərləndirib:
"İnformasiya yayılandan biz də öz aramızda vəziyyəti müzakirə edirik. Əlbəttə, ortada maddi şərtlər var. Amma hazırda Tailand çempionatının hansı vəziyyətdə olduğunu bilmirik. Bu ölkəyə üz tutacaqsa, millinin oyunlarına nə dərəcədə hazır gələcəyi sual altındadır. Məncə, Avropada qalması daha yaxşı olardı. Tutaq ki, "Ferentsvaroş"da və ya hansısa İsrail klubunda oynaması millinin oyunlarına hazır gəlməsi baxımından bizə üstünlük qazandıradı. Yəni Şeydayev Tailanda 30 yaşından sonra da gedə bilərdi. İstənilən halda, bu, onun öz şəxsi seçimidir".
Nihat