"Liverpul"un hücumçusu Roberto Firmino karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu "Barselona"nın hədəfindədir.
Firmino müqaviləsi başa çatdıqdan sonra "Enfild"i azad agent qismində tərk edəcək.
Bu isə "Barselona"nın işinə yarayır. Kataloniya klubu həm heyətinə təcrübəli hücumçu cəlb edəcək, həm də qarşıdakı kluba pul ödəməyəcək.
Röya