İspaniya Futbol Federasiyası "Valensiya" ilə matçda irqçi təhqirə məruz qalan, həmçinin qırmızı vərəqə alaraq meydandan qovulan "Real Madrid"in ulduzu Vinisius Juniorla bağlı bir neçə tədbir görüb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qərarda Vinisiusun cəzasını ləğv edildiyi bildirilib. Hakim braziliyalının rəqib oyunçunu vurduğunu əsas gətirərək ona "qırmızı" göstərsə də, təkrar incələmə zamanı VAR otağındakı hakimlərin hadisəni səhv qiymətləndirdiyi üzə çıxıb. Əvvəlcə "Valensiya"nın oyunçusunun Vinisiusu vurduğu, braziliyalının isə ona cavab verdiyi üzə çıxıb. Buna görə VAR hakimləri cəzalandırılıblar.
Matçboyu tribunadan irqçi təhqirlərə məruz qalan Vinisiusa görə, "Real" azarkeşlərinə və matçın təşkilatçısı kimi "Valensiya"ya qarşı cinayət işi qaldırılıb. Polis ümumilikdə 4 azarkeşi irqçi şüarlara görə həbs edib. "Valensiya" 45 min avro cərimə ödəməlidir. Həmçinin, cəza olaraq stadionun bir tribunasının bağlanılmasına qərar verilib.
Mirağa