PSV-nin baş məşqçisi Rud van Nistelroy postunu təcili tərk etmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb.
Xəbərə görə, dünən sözügedən mütəxəssis klubun İdarə Heyəti ilə görüşüb. Ertəsi isə Niderland millisinin sabiq ulduzu futbolçulara kifayət qədər dəstək almadığını söyləyərək klubla vidalaşıb.
Onun işini müvəqqəti olaraq məşqçi Fred Rutten yerinə yetirəcək.
Qeyd edək ki, van Nistelroy bu ilin iyulundan PSV-nin baş məşqçisi idi. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.
Nihat