"Brayton"un hücumçusu Evan Ferqüsonun "Mançester Yunayted"ə keçidi baş tutmayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky" məlumat yayıb.
Xəbərə görə, "qırmızı şeytanlar" gənc futbolçunu almaqdan imtina ediblər. Klubun akademiyasının direktoru Nik Koks Evan üçün tələb olunan 50 milyon funtun baha olduğunu deyib.
Qeyd edək ki, "Tottenhem" və "Mançester Siti" də irlandiyalı futbolçunun xidmətində maraqlıdırlar.
Röya