Milli komandamızın baş məşqçisi Berti Foqts və köməkçiləri Premyer Liqanın XXXIII turunun oyunlarını canlı izləyəcək. Fanat.az xəbər verir ki, yığmanın məşqçiləri 5 oyunun hamısına stadiondan baxacaq.
Belə ki, Berti Foqts və Volfqanq Rolff "Bakı" - "Qarabağ" və "İnter" - "Sumqayıt" oyunlarını, millinin qapıçılar üzrə məşqçisi Ulrix Ştayn "Neftçi" - "Qəbələ" matçını, məşqçi Aslan Kərimov "Simurq" - AZAL, məşqçi Mahmud Qurbanov isə "Xəzər Lənkəran" - "Rəvan" qarşılaşmalarını izləyəcək.
Fanat.az