Andrea Pirlo Türkiyənin "Fatih Karagümrük" klubunun baş məşqçi postunu tərk edib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
İtaliyalı mütəxəssisə təşəkkür edən Super Liqa təmsilçisi ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Pirlo "Fatih Karagümrük"ü bu ilin yayından çalışdırırdı. Onun rəhbərliyi altında 33 matça çıxan "qırmızı-qaralar" hazırda turnir cədvəlinin 9-cu pilləsindədir.
Nihat