İngiltərənin "Sautqempton" klubu mövsümün sonunda baş məşqçisiz qalacaq.
Fanat.Az xəbər verir ki, komanda çalışdırıcısı Ruben Selles ilə yolları ayıracaq.
Məlumatı klubun mətbuat xidməti yayıb. Tərəflər arasında sözləşmə yayda başa çatacaq.
Qeyd edək ki, "Sautqempton" bu mövsüm Premyer Liqa ilə vidalaşır.
Xatırladaq ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsində çalışıb.
Röya