Rusiyanın "Ximki" klubunun yarımmüdafiəçisi Ayaz Quliyev növbəti dəfə tarixi vətəni Azərbaycanın millisində oynamaq perspektivindən danışıb.
Fanat.Az xəbər verir ki, o, fikirlərini "Matç TV"-yə bölüşüb:
"Azərbaycana nə "hə" demişəm, nə də "yox". Müzakirə edilməli məqamlar olduqca çoxdur. Hər dəfə eşidirəm ki, nəyinsə müzakirə olunacağı gözlənilir. Ola bilsin ki, yaxın günlərdə bu barədə danışdıq. İstənilən halda, futbolçu karyerası milli yox, klub üzərində qurulur. Yəni Azərbaycan yığmasında oynaya biləcəyimi istisna etmirəm, amma bu, indiki duruma görə deyil. Bu barədə müzakirələr çoxdan gedir. Onu da deyim ki, legioner sayılacağım halda, Rusiya Premyer Liqasında rəqabətdən əziyyət çəkəcəyimi anlasam, bu, qərarıma təsirsiz ötüşməyəcək. İlk növbədə mən azərbaycanlıyam. Amma bu seçim mənim klub karyerama mənfi təsir etsə, getməyə dəyməz. Axı klubunda oynamasan, yığmaya da düşməyəcəksən. Belədə, çağırışa müsbət cavab verməyin mənası qalmır".
Nihat