"Mançester Yunayted" "Yuventus"un ulduzu Adrien Rabyonu heyətinə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Fabritsio Romano yayıb.
Turinlilərin Çempionlar Liqasına düşə bilməməsi fransızın “qoca sinyora”nı tərk etmək istəməsinə təsir edib. DÇ-nin vitse-çempionunun hazırkı klubu ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqlara başlamaması onun ayrılmaq niyyətindən xəbər verir. Futbolçunun hazırkı müqaviləsi bu ilin iyununda başa çatır. Çox güman ki, Rabyo azad agent kimi klubu tərk edəcək.
"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olsa da, hələlik “qırmızı şeytanlar”la Rabyo arasında razılıq əldə olunmayıb.
Mirağa