Premyer Liqanın 32-ci turunun təxirə salınmış matçında "Mançester Yunayted" "Çelsi"ni 4:1 hesabı ilə məğlub edib.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın sonuncu qolunun müəllifi olan Markus Reşford son illərin rekorduna imza atıb.
"Mançester Yunayted"in hücumçusu son 10 ildə ilk dəfə bir mövsümdə 30 qol vurub. O, 2022/2023 mövsümündə bütün turnirlərində bu qədər fərqlənib. MY oyunçuları on ildir ki, bu həddə çatmırdı.
Sonuncu dəfə 2012/2013 mövsümündə Robin van Persi 48 oyunda 30 qol vurduşdu.
Mirağa