"Nyukasl"ın və "Mançester Yunayted"in keçmiş hücumçusu Endi Koul Premyer Liqada 36 qol vuran Erlinq Holand haqqında danışıb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" İngiltərə Premyer Liqasının keçmiş rekordçusunun dediklərini belə çatdırıb:
"Mənə maraqlı deyil. İnanın, səmimi deyirəm. Kiminsə qol rekordumu yeniləməsi məni qıcıqlandırmır. Çünki rekordlar onları qırmaq üçün mövcuddur.
Bəziləri deyir ki, mən məyus olmuşam. Niyə? Ona görə ki, kimsə məndən çox qol vurub? Axı rekordumu yeniləmək üçün başqalarına 20 il lazım oldu”.
Xatırladaq ki, bu çempionata qədər Premyer Liqada bir mövsümdə qeydə alınan qol rekordu Endi Koul və Alan Şirerə məxsus idi. İngilis hücumçular 90-cı illərdə bir mövsümdə 34 qol vurmuşdular.
Mirağa