Azərbaycan taekvondoçusu Cavad Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, o, 1/16 finalda çinli Çenminq Xiao ilə qarşılaşıb.
İlk döyüşündə Eldar Kurmanaliyevə (Qırğızıstan) qalib gələn təmsilçimiz bu dəfə 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu gün start götürən dünya çempionatı iyunun 4-də başa çatacaq. Yarışda 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda mübarizə aparırlar. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.