"Barselona"sının və İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike İtaliya "Napoli"nin sükanı arxasına keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Il Mattino" yayıb.
53 yaşlı ispan mütəxəssis mümkün əməkdaşlıqla bağlı artıq "Napoli" rəhbərliyinə tələblərini çatdırıb. Enrike ilinə ən azı 8 milyon avro almaq niyyətindədir.
“Napoli”nin prezidenti Aurelio De Laurentis belə ciddi xərclərdən çəkinsə də, Luis Enrike üçün istisna etməyə hazır olduğu bildirilir.
Xatırladaq ki, DÇ-2022-dən sonra Luis Enrike İspaniya millisinin baş məşqçisi vəzifəsini tərk edib və o vaxtdan işsizdir.
Mirağa