"Qəbələ" rəhbərliyi komandanın baş məşqçisi Elmar Baxşıyevlə bağlı yekun qərarını verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, tərəflər artıq danışıqları uğurla yekunlaşdırıb.
Mütəxəssisin ən azı növbəti mövsüm üçün komandada qalacağı dəqiqləşib və o, yaxın günlərdə rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Baxşıyevin rəhbərliyi altında Premyer Liqada 4-cü yeri tutaraq Konfrans Liqasına vəsiqəni təmin edən "Qəbələ" həm də Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb.
Nihat