"Arsenal"ın yarımmüdafiəçisi Qranit Caka klubdan ayrılacağı ilə bağlı iddialara aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, Caka bu barədə "Mirror"a danışıb.
O, bildirib ki, yekun qərarın bu həftə bəlli olacaq.
Qeyd edək ki, mətbuatda 30 yaşlı isveçrəli futbolçunun "Bayer Leverkuzen"ə keçəcəyi yazılır.
Xatırladaq ki, "Arsenal"ın vitse-kapitanı 2016-cı ildən London klubunun şərəfini qoruyur. 300 oyunda meydana çıxan yarımmüdafiəçi 23 qola imza atıb.
Röya