İngiltərə millisinin yarımmüdafiəçi Teo Uolkott İngiltərənin "Sauthempton" klubundan ayrılıb.
Fanat.Az xəbər verir ki, 32 yaşlı oyunçu qərarını sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb .
Futbolçunun müqaviləsi 2023-cü ilin iyunun sonuna kimi nəzərdə tutulub. O, komanda ilə yeni müqavilə bağlamayacaq:
"Sauthempton" forması ilə sonuncu oyunuma çıxdım. Hər kəsə təşəkkürlərimi çatdırıram. Bu, inanılmaz insanların olduğu fantastik klubdur. Bu mövsüm Premyer Liqada qala bilmədiyimiz üçün çox məyus oldum, amma əminəm ki, klub tezliklə yenidən oraya qayıdacaq. 16 yaşımda debüt etdiyim klubda hər zaman dəstək görmüşəm. Buna görə hamınıza təşəkkür edirəm. Komandaya və azarkeşlərə gələcəkdə uğurlar arzulayıram.
Məqsədim oynamağa davam etməkdir və növbəti çağırışı səbirsizliklə gözləyirəm".
Uolkott “Sauthempton”un yetirməsidir, lakin karyerasının ən yaxşı illərini 2006-2018-ci illərdə Londonun “Arsenal” klubunda keçirib.
Teo 2022/2023 mövsümündə "Sauthempton"la bütün turnirlərdə 22 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə edib.
Mirağa