"Real Madrid"in müdafiəçisi Naço Fernandes karyerasını İtaliya çempionatında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Rudi Qaletti yayıb.
Mənbənin məlumatına görə, “Roma” ispaniyalı futbolçu ilə ciddi maraqlanır. Paytaxt klubu futbolçu üçün digər İtaliya təmsilçisi "İnter"lə rəqabət aparacaq. Naçonun özü hələ gələcəyi ilə bağlı qərar verməyib.
33 yaşlı müdafiəçi 2012-ci ildən "Real Madrid"də çıxış edir. Onun hazırki müqaviləsinin müddəti gələn ayın sonunda başa çatır.
İspaniya çempionatının cari mövsümündə Naço 26 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa