"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Almaniya Bundesliqasından futbolçu bəyənib.
Fanat.Az xəbər verir ki, 52 yaşlı ispaniyalı mütəxəssis "Bayern Münhen"in yarımmüdafiəçisi Yozua Kimmixi komandasında görmək istəyir.
Məlumatı "El Nacional" yayıb.
28 yaşlı futbolçu özü də Münheni tərk etmək istəyir. Bundan faydalanmağa çalışan ingilislər bu yay transferi həyata keçirməyə çalışacaqlar.
Röya