"Liverpul" rəsmi saytı vasitəsi ilə yeni idman direktorunun adını açıqlayıb.
Fanat.Az-ın məlumatına görə, bu, almaniyalı Yorq Şmadtkedir.
Onun iyunun 1-dən Culian Uordu əvəzləyəcəyi bildirilib. Müqavilənin müddəti ilə bağlı informasiya verilməyib.
Qeyd edək ki, Şmadtke bu ilin yanvarında 4 il işlədiyi "Volfsburq"dan ayrılmışdı.
Nihat