"Liverpul" qapıçısı Adrianla bağlı qərar verib.
Fanat.Az-ın xəbərinə görə, "mersisaydlılar" 36 yaşlı ispaniyalı qapıçı ilə sözləşməni yeniləyib.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərə görə, Adrianın müqaviləsi daha 1 illik uzadılıb.
Qeyd edək ki, o, "Liverpul"a 2019-cu ildə "Vest Hem"dən keçib və 26 oyunda meydana çıxıb.
Röya