"Real Madrid"də Karlo Ançelottinin güvənmədiyi Marko Asensio karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.
Xəbərə görə, adı London "Arsenal"ı ilə yanaşı çəkilən 27 yaşlı yarımmüdafiəçinin xidmətində "Aston Villa" da maraqlıdır. Mənbə Bimingem təmsilçisinin baş məşqçisi Unai Emerinin sözügedən futbolçunu dilə tutduğunu və onun heyətə qatılmasını olduqca vacib saydığını vurğulayıb.
Daha öncə Asensionun "Real"la müqavilə yeniləməyəcəyi bəlli olmuşdu.
Qeyd edək ki, cari mövsüm "Kral klubu"nun forması ilə 30 La Liqa matçına çıxan Marko 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat