"Vest Hem"in kapitanı Deklan Rays gələcəyi ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, o, adının "Bayern Münhen" və "Arsenal"la hallanmasına da münasibət bildirib.
Rays hazırda öz gələcəyini yox, Konfrans Liqasının finalında "Fiorentina" ilə oyunu düşündüyünü deyib.
"Düzü, yazılanlara fikir verməmişəm. Bu mövsüm dünya çempionatından başlayaraq əsas məqsədim bu turnirdə mübarizəni dayandırmamaq və kuboku qazanmaq olub.
Qalan hər şey sadəcə səs-küy və fərziyyədir. Bu barədə edə biləcəyim heç bir şey yoxdur. Hazırda diqqətimi "Vest Hem" üçün oyuna və finalda qalib gəlməyə yönəltmişəm. Bunu klub, ailəm, azarkeşlər üçün edəcəyəm və yeganə məqsədim budur. Mən onların hər birini xoşbəxt etmək istəyirəm və bütün diqqətimi buna yönəltmişəm".
Qeyd edək ki, "Fiorentina" - "Vest Hem" matçı iyunun 6-da keçiriləcək.
Röya