İngiltərə Premyer Liqasında cari mövsümün ən yaxşı baş məşqçisinin kimliyi bəlli olub.
Fanat.Az xəbər verir ki, bu ada "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola layiq görülüb.
Qvardiola “şəhərlilər”lə son 7 ildə 5-ci dəfə çempion olub.
Bu, həm də 52 yaşlı ispaniyalı mütəxəssisin qazandığı dördüncü mükafatdır. Beləliklə, Qvardiola Premyer Liqanın ən yaxşı məşqçisinə verilən mükafatların sayına görə ikinci olub. İlk sırada isə 11 dəfə ən yaxşı seçilən Ser Aleks Ferqüson var.
Röya