"Sumqayıt" heyətini "Sabah"ın futbolçusu ilə gücləndirməkdə qərarlıdır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, son mövsümdə yanvaradək icarə əsasında "Şamaxı"da, ardından isə "Kəpəz"də çıxış etmiş Abdulla Rzayevdir.
21 yaşlı cinah oyunçusunun sərgilədiyi futbol həm "kimyaçılar"ın prezidenti Riad Rəfiyevin, həm də baş məşqçi Samir Abasovun ürəyincədir. Hazırda bu yöndə danışıqlar davam etdirilir.
Qeyd edək ki, "Kəpəz" də Abdullanı növbəti mövsün heyətdə saxlamaq istəyir.
Nihat