Cari mövsüm La Liqada cəmi 7 oyuna çıxan qapıçı Andrey Lunin bu yay İspaniya nəhəngini tərk etmək istəyir.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq Ukrayna millisinin qolkiperinin yol üstündə olduğunu anlayan "Kral klubu" onun yerinə başqa "çərçivə" qoruyucusu gətirməyi planlaşdırır.
Bu, "Xetafe"nin qapıçısı David Soriyadır. 30 yaşlı Soriyanın İspaniya nəhəngində ikinci qolkiper olmağa razılaşıb-razılaşmayacağı bilinmir.
Nihat