"Liverpul" heyətini yeni dayaq yarımmüdafiəçisi ilə gücləndirməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı "L’Équipe" yayıb.
Xəbərə görə, "qırmızılar" "Nitsa"nın futbolçusu Kefren Türama elçi düşüb. Tərəflərin artıq 22 yaşlı oyunçunun transferi ilə bağlı Fransa klubu ilə danışıqlara başladığı bildirilib. Futbolçunun özünün Yürgen Kloppun rəhbərliyi altında oynamaq variantına isti yanaşdığı vurğulanıb.
Nihat