"Səbail"in müdafiəçisi Adil Nağıyev bu yay klubunu dəyişməyəcək.
Bu barədə Fanat.Az-a futbolçu özü məlumat verib.
O, bildirib: "Ötən mövsüm klubla 2 illik müqavilə imzaladım. Məşqçi ilə söhbətimiz oldu və mənim komandada qalmağımı istədiyini söylədi. Yola davam edəcəyik".
Qeyd edək ki “Səbail”in futbolçusu Adil Nağıyev Azərbaycan Premyer Liqasında debütünü 2015/2016 mövsümündə “Zirə”nin heyətində edib. 2019-cu ilin ilk altı ayında “Sumqayıt”ın formasını geyinən müdafiəçi həmin ilin yayında “Səbail”ə keçib. 28 yaşlı oyunçu 2022-ci ildə mövsümün əvvəlində baş məşqçi Mahmud Qurbanovun istəyi ilə “Şamaxı”ya icarəyə verilib. Lakin ötən ilin dekabr ayında "Səbail"dəki baş məşqçi dəyişikliyinin ardından Nağıyev komandaya qaytarılıb.
Röya