Almaniya Bundesliqasında mövsümün komandası müəyyən olunub.
Fanat.Az xəbər verir ki, ESPN mövsümü yüksək səviyyədə keçirən futbolçulardan ibarət "11-liy"i açıqlayıb.
Rəmzi komandada 6 klubun üzvü yer alıb:
Qapıçı: Frederik Rennov ("Union Berlin")
Müdafiəçilər: Ceremi Frimponq (“Bayer”), Villi Orban (“Leyptsiq”), Niko Şlotterbek, Rafael Gerreyro (hər ikisi “Borussiya Dortmund”).
Yarımmüdafiəçilər: Mussa Diabi (“Bayer”), Cud Bellingem (“Borussiya Dortmund”), Yozua Kimmix, Serj Qnabri (hər ikisi “Bavariya Münhen”).
Hücumçular: Kristofer Nkunku ("Leyptsiq"), Randal Kolo Muani ("Ayntraxt Frankfurt").
Qeyd edək ki, Bundesliqada çempion "Bayern Münhen" olub.
Mirağa