"Borussiya"nın oyunçusu Rafael Qerreyru karyerasını Dortmund klubunun əzəli rəqibi "Bayern Münhen"də davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Florian Plettenberq yayıb.
Mənbənin məlumatına görə, son çempion Qerreyrunu havayı əldə etməyə yaxındır. Belə ki, bir aydan sonra o, azad agent olacaq.
Tərəflər arasında danışıqlar yaxşı gedir, yekun qərarı Münhen klubunun yeni transfer şurası verəcək.
Qerreyru "Borussiya Dortmund"da 7 mövsüm keçirib. Sol cinah müdafiəçisi bu dövrdə 224 oyun keçirib, 40 qol vurub və 50 məhsuldar ötürmə edib.
Mirağa