Aqil Məmmədov "İnter"lə oyunla (0:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi öz səhvləri üzündən qollar buraxdıqlarını deyib:
“Bilirdik ki, çətin oyun olacaq. İndiyə kimi “İnter”ə qol vura bilməmişik, bu gün də vura bilmədik. “İnter”ə qarşı oyunumuz alınmır. Məğlubiyyətə layiq oyun göstərmədik. Öz səhvlərimizdən qapımızda qollar gördük. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm, layiqli qələbə qazandılar”.
Fanat.az