“Neftçi” klubunun futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya “Skenderbeu”su ilə keçirəcəyi ilk görüşün günü və başlama saatı müəyyənləşib. Lent.az-ın məlumatına görə, qarşılaşma iyunun 17-də “Bakcell Arena”da oynanılacaq.
Matçın start fiti saat 21:00-da çalınacaq.
Qeyd edək ki, cavab görüşü iyulun 23-də Albaniyanın Korça şəhərindəki “Skenderbeu” stadionunda keçiriləcək.
İdman24.az