"Real Madrid" yarımmüdafiəçisi Marko Asensio PSJ-yə keçəcək.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Nikolo Skira yayıb.
27 yaşlı ispaniyalı futbolçunun yayda müqaviləsinin müddəti başa çatacaq. O, Fransa klubuna azad agent kimi keçəcək.
PSJ ilə sözləşmə 2027-ci ilə qədər nəzərdə tutulub. Asensio yeni klubunda ilinə 8 milyon avro qazanacaq.
Röya