"Milan"ın hücumçusu Zlatan İbrahimoviç karyerasını bitirmək fikrində deyil.
Fanat.Az xəbər verir ki, bu barədə 41 yaşlı forvard insayder Fabritsio Romanoya açıqlamasında bildirib.
O, "Monsta"dan təklif aldığını da deyib: "Montsa"dan mənə bildirildi ki, müqavilə hazırdır. Ancaq mən "Milan"ın futbolçusuyam və bununla qürur duyuram. Mövsümün sonunda karyeramı bitirəcəyimi düşünmürəm".
Qeyd edək ki, İbrahimoviç 2020-ci ildən "Milan"da çıxış edir. 64 oyunda meydana çıxan forvard 34 qola imza atıb.
Röya