"Yuventus" "Bayern Münhen"in əsas transfer hədəfi olan Duşan Vlahoviçi satmağa razı olsa da, tərəflər qiymət məsələsində ortaq məxrəcə gələ bilmir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.
Almaniya nəhənginin qarşı tərəfə 55-60 milyon avro ödəməyi planlaşdırdığı, lakin "Yuventus"un Münhen klubundan 90 milyon avro istədiyi vurğulanıb.
Qeyd edək ki, cari mövsüm İtaliya A Seriyasında 23 matça çıxan Vlahoviç 10 qol vurub.
Nihat