"Atletiko Madrid"in baş məşqçisi Diyeqo Simeone komandaya cəlb edəcəkləri iki futbolçunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə argentinalı mütəxəssis "Cadena Cope" radiosuna müsahibəsində bildirib.
İspaniya klubu "Lester"dən Çağlar Söyüncü və "Rasinq"dən Santyaqo Mourinyunu transfer edəcək. Hər iki futbolçu müdafiəçidir.
"Söyüncü azad agent kimi keçəcək. Santyaqonu isə mövsümün əvvəlində komandada görəcəyik. Yaxşı şeylər gözləyirik", - deyə Simeone qeyd edib.
Röya