"İnter" "Qarabağ"la oyuna tam heyətlə çıxmayacaq. Fanat.az xəbər verir ki, Kaxaber Tsxadadze XXXIV turun oyununda Arif Daşdəmirovun xidmətindən yararlana bilməyəcək.
Buna səbəb futbolçunun cəzalı duruma düşməsidi. "Sumqayıt"la oyunun 56-cı dəqiqəsində rəqibi tutduğuna görə cəzalanan Arif sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, "Qarabağ" bu oyunda çempionluğunu rəsmiləşdirə bilər.
Fanat.az